Keçmiş erməni Baş nazir: “Koronavirusa yoluxanların sayına görə Ermənistan Belarusu da keçəcək”

Keçmiş erməni Baş nazir: “Koronavirusa yoluxanların sayına görə Ermənistan Belarusu da keçəcək”

“Mayın 25-də Ermənistanda 452 nəfər yoluxmaqla koronavirus halları ilə bağlı rekord qeydə alınıb və bu, Gürcüstanda 3.5 ayda qeydə alınan nəticə qədərdir”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri, iqtisadçı Hrant Baqratyan öz “Facebook” səhifəsində qeyd yazaraq Ermənistanda koronavirusa yoluxanların rekord göstəricisinə toxunarkən qeyd edib.

Baqratyan qeyd edib ki, halların sayına görə Moldovanı keçməyimiz diqqətəlayiqdir.

“Ermənistan 100000 əhalinin hesablanması ilə həm regionda, həm də keçmiş SSRİ respublikalarında “liderdir”. Yalnız Belarus istisnalıq təşkil edir. Bu templərlə bir neçə gündən sonra Belarusu da keçəcəyik”, - deyə Ermənistanın keçmiş Baş naziri yazıb.

 

Mənbə: ordu.az