"Paşinyan Ermənistanı silah ticarətinin qara bazarına çevirib" - Keçmiş səfir - VİDEO

"Paşinyan Ermənistanı silah ticarətinin qara bazarına çevirib" - Keçmiş səfir - VİDEO

Ermənistanın baş naziri Nikoil Paşinyanın Beynəlxalq silah ticarəti ilə məşğul olduğu deyilir.

EDNews.net xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

"23 may tarixində (keçmiş kəşfiyyat departamenti rəhbəri) general Arşak Karapetyan gizli olaraq, iş səfəri üçün Voronejə yollanıb".

Nəzərə alsaq ki, Ermənistan və Rusiyada fövqəladə vəziyyətdir, general Karapetyan Ermənistanı keçib Rusiyaya şəxsi səfərə gedə bilməz. O zaman o, dövlət işçisi kimi gedib. Bu barədə dövlət saytında da heç bir məlumat yoxdur. Beləki, onun baş nazirin gizli tapşırığı ilə getdiyi bildirilir. "Paşinyan Davit Qalustyanla birlikdə beynəlxalq silah ticarəti ilə məşğuldur. General Karapetyan Moskvaya Rusiya müdafiə nazirliyi rəsmiləri ilə Ermənistan təhlükəsizliyilə birbaşa əlaqəli olan bu skandalı ört basdır etmək üçün gedib". Nikoil Paşinyan Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib. Minasyana görə Paşinyan pul və güc üçün hər şey etməyə hazırdır.

"Nikoil Paşinyan erməni xalqına və insan həyatına hörmət etmir"-deyə bildirib.

Mənbə: ednews.net