“Müəllimlər heç zaman alışmadıqları və görmədikləri işi gördülər” — Millkət vəkili

“Müəllimlər heç zaman alışmadıqları və görmədikləri işi gördülər”  — Millkət vəkili

“Pandemiya dövründə ən böyük fədəkarlığı müəllim və həkimlər etdilər”.

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Onun sözlərinə görə, həkimlər hər zaman gördükləri işlərə pandemiya dövründə daha məsuliyyətlə yanaşaraq fəaliyyət göstərdilər:

“Ancaq müəllimlər heç zaman alışmadıqları və görmədikləri işi gördülər. Pandemiya dövründə müəllimlər ilk dəfə distant təhsili həyata keçirməklə təhsilin müxtəlif pillələrində şagirdlərə, tələbələrə təhsil verdilər”.

Deputat qeyd edib ki, müəllimlərin pandemiya dövründəki əməyi həqiqətən də bir fədakarlıq kimi dəyərləndirmək lazımdır:

“Çünki bu ilk dəfə idi ki, praktikada ilk dəfə tətbiq olunurdu. Buna baxmayaraq müəllimlərimiz bu işin öhdəsindən layiqincə gəldilər”.

Mənbə: olke.az