“Tramp ciddi siyasi dairələrin mesajını verən bir liderdir” – ŞƏRH

“Tramp ciddi siyasi dairələrin mesajını verən bir liderdir” – ŞƏRH

“Görünən budur ki, Pentaqon müharibələrin davam etməsində maraqlıdır”

ABŞ prezidenti Donald Tramp ölkəsinin tezliklə indiyə qədər mövcud olan “ən böyük silah”a sahib olacağını açıqlayıb. Bu barədə TASS məlumat yayıb. Tramp bildirib ki, tezliklə Marsa eniş edəcəklər və tarixdə təsəvvür edilə bilən ən böyük silahlara sahib olacaqlar.

Tramp hansı silahları nəzərdə tutduğunu açıqlamasa da, artıq hazırlıqlarla tanış olduğunu vurğulayıb. Bu cür silahın mövcudluğuna prinsipial olaraq inana bilmədiyini qeyd edən Tramp prototipləri şəxsən gördüyünü qeyd edib. Bu açıqlamanı seçki öncəsi Trampın daxili auditoriyaya hesablanmış gedişi kimi dəyərləndirənlərlə yanaşı, Amerikanın yeni və dağıdıcı modern silaha sahib olacağı şəklində şərh edənlər də var. Bəzi siyasi şərhçilərin fikrincə, Vaşinqton sahib olduğu yeni hərbi texnika sayəsində dünyanın gedişini dəyişdirə bilər.

Ağ Ev rəhbərinin bəyanatını “Sherg.az”a dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, ABŞ birqütblü dünyanın ən əsas dövlətidir.

Siyasi şəhçinin sözlərinə görə, Tramp qeyri-ciddi təsir bağışlasa da, ciddi siyasi dairələrin mesajını verən bir liderdir:

“Görünən budur ki, Pentaqon müharibələrin davam etməsində maraqlıdır. Silah sənayesinin dəstəyi ilə hakimiyyətə gələn Tramp onların maraqlarına xidmət edir. Silah sənayesinin təzyiqi nəticəsində Tramp yeni silah istehsal edəcəklərini açıqlayır. Bütün bu proseslər isə FED başda olmaqla dünyanın maliyyə sistemini təhdid edir. Bu səbəbdən FED-in və digər qlobal maliyyə qurumlarının başında dayanan similar, məsələn, Rotşildlər Çini supergücə çevirir. Dünyanın iqtisadi mənzərəsini formalaşdıracaq Böyük İpək Yolu layihəsi reallaşdırılır”.

Mənbə: sherg.az