Erməni siyasi xadim: “Mikayelyan “yerkrapahçı”dır, amma “yerkrapahçı” hələ Mikayelyan deyil”

Erməni siyasi xadim: “Mikayelyan “yerkrapahçı”dır, amma “yerkrapahçı” hələ Mikayelyan deyil”

“Bir sıra KİV-lər yazdı ki, Hayk Marutyan Sasun Mikayelyana ərazi verir və ya meriya ərazi verir, belə bir şey yoxdur”. Ordu.az xəbər verir ki, bunu mayın 26-da İrəvan meriyasının iclasında öz çıxışında Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının üzvü İzabela Abqaryan “Yerkrapah” hərbi təşkilatına pulsuz ərazilər verilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı qeyd edib.

Abqaryan bildirib ki, kimsə “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyana hər hansı bir şey vermir.

“Hər kəsin başa düşməsi çox vacibdir ki, Sasun Mikayelyan “Yekrapahçı”dır, amma “yerkrapahçı” hələ Sasun Mikayelyan deyil. Bu, çox böyük fayda gətirən böyük strukturdur”, - deyə İzabela Abqaryan əlavə edib.

 

Mənbə: ordu.az