ABŞ Azərbaycana dil, Ermənistana güc verir

ABŞ Azərbaycana dil, Ermənistana güc verir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 28 May-Respublika günü münasibətilə xeyli qabaqdan, öndə gedən bayraqdar kimi dünya liderlərinin hamısından erkən təbrik ünvanlayıb. Məktubda deyilir: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk”.

Fərəh doğuran, bir qədər də bəlağətli sözlərlə davam edərək bildirir; “… Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik…”

Az müddətdən– bir neçə gündən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo da Azərbaycanı Respublika Günü münasibətilə ABŞ hökuməti adından təbrik etdi. O da öz prezidentinin sözlərini təkrarlayıb “… ABŞ və Azərbaycan 30 il ərzində vacib tərəfdaşlıq münasibətlərini dəstəkləyir…”

Adam istər-istəməz bu yazışmaların səmimiyyətinə şəkk edir. Niyə? Ona görə ki, əgər ortada belə sədaqətlik varsa bəs qeyd olunan onilliklər ərzində niyə ABŞ Konqresi öz dövlətinin “ vacib tərəfdaşı” Azərbaycana qarşı yönəldilən haqsız, bədnam “902-ci bəndli düzəlişi”nə düzəliş etmək istəmir?… Həm də nə səbəbə qaniçən, qəddar, faşist xislətli ermənilər dinc, əliyalın yüz minlərlə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetirəndə, soydaşlarımızı öz doğma yurd-yuvalarından məcburən didərgin salanda səsini qaldırmadı? Hələ Conn Kerri kimi riyakar başda olmaqla ABŞ senatorları Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan “qopardılıb” Ermənistana birləşdirilməsi məsələsini ültimatum qaydada irəli sürməsi dilə gətirilmir. Belə və digər hallar göstərir ki, ABŞ-dan gələn məktublardakı fikirlərin canı, əslində deyim, quru söz– bizim dövlətə yalandan dil verməkdir.

Bizimlə “vacib tərəfdaş” olan bu Birləşmiş Ştatlar “sadiqlik göstərərək” o biri tərəfdən Ermənistana yardımı daha da çoxaldır, ona güc verir. Sanki rəsmi Vaşinqtonun borcudur, belə də olmalıdır. Bu da fakt: “Ermənistan Baş nazirinin Aparatı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında mayın 13-də–elə cənab Trampın Azərbaycana məktub ünvanladığı günlərdə–idarəetmənin effektliyinin və hesabatlılığının genişləndirilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb. Ermənistana USAİD tərəfindən bu müqavilə çərçivəsində ediləcək yardım 11,5 milyon artırılaraq, 51,4 milyon dollara çatdırılıb. USAİD, həmçinin ABŞ İqtisadiyyat Nazirliyi ilə daha rəqabətqabiliyyətli və diversifikasiya edilmiş özəl sektorun təşviqi barədə müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ermənistana yardım 7,5 milyon dollar artırılıb. Belə dəyişiklik sayəsində Ermənistana verilən yardımın miqdarı 91,8 milyon dollara çatıdırlıb”. Həm də bu yardımlar Ermənistana edilən gizli-aşkar milyonların hamısı deyil. Həmin bu Amerika ayrı-ayrı təşkilatlar, maliyyə qurumları və sair strukturlarlara Ermənistana müntəzəm olaraq hər il müxtəlif adlarla çoxmilyonlu yardımları səxavətlə davam etdirir, ətək-ətək dollar ünvanlayır…

ABŞ-ın, eləcə da Qərb Dünyasının hökmranları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özlərinə məqsədəuyğun tərzdə, Fələstin-İsrail münaqişəsi qaydasında on illərlə uzatmaqla, əsrdən-əsrə ötürüb yaddan çıxartmaq niyyətindədirlər.

Onlar unutmamalıdırlar ki, Ermənistanı İsraillə heç cür müqayisə etmək, ona tay tutmaq mümkün olmadığı kimi Azərbaycan da Fələstin kimi köməksiz, inkansız deyildir. Azərbaycan günbəgün iqtisadi-hərbi cəhətdən qüdrətlənən, siyasi cəhətdən özünə çoxlu tərəfdaş qazanan, beynəlxalq aləmdə hüfuzlu məmıəkətə çevrilən, Şərqə-Qərbə, elə Cənuba da inteqrasiya olunan ölkədir. Verdiyi sözü danmayandır. Fəqət səbri də tükənməz deyildir! Bir himə bənddir. Ali Baş Komandanın göstərişinə hər an hazırdır. Lazımi məqamda hayqırıb gurlayacaq. Bütün müqavimətləri qıracaq, səngərləri basıb keçəcək, öz əzəli torpaqlarına sahib olacaq!

Rafiq HƏSƏNOV,

Veteran jurnalist

Mənbə: turkustan.info