Erməni politoloq: “Cəmi 2 ilə Nikol və onun tayfası Ermənistanı uçurumun astanasında dayandırdı”

Erməni politoloq: “Cəmi 2 ilə Nikol və onun tayfası Ermənistanı uçurumun astanasında dayandırdı”

“Nikol Ermənistan Respublikasının konstitusiya sistemini devirdiyinə, hakimiyyəti ələ keçirdiyinə və bir çox anti-konstitusion cinayətlərinə görə uzaqlaşmalı və cinayət məsuliyyətinə məruz qalmalıdır, başqa fikir ola bilməz”. Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Menua Harutyunyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu ağır anda Ermənistana keçid hökuməti yox, Ermənistanı total iflasdan və epidemiyadan xilas etməli olan anti-böhran, ümumilli birlik hökuməti, profesional hökumət lazımdır.

“Cəmi 2 ilə Nikol və onun tayfası Ermənistanı uçurumun astanasında dayandırdı”, - deyə Harutyunyan bildirib.

 

Mənbə: ordu.az