Ermənistan Hərbi polisində böyük qalmaqal yetişir

Ermənistan Hərbi polisində böyük qalmaqal yetişir

Ermənistanın Hərbi Polis strukturunda böyük qalmaqal yetişir. Məsələ burasındadır ki, Hərbi Polisin fəaliyyətləri Ermənistan polisində böyük narazılıqlara səbəb olur. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurud” nəşri yazıb.

Ermənistanın Hərbi Polis rəisi vəzifəsini müvəqqəti icra edən Aleksandr Ağacanyan Hərbi Polisin köhnə kadrlarından qurtulur və Hərbi Polisə yeni kadrlar qəbul edir. Məlumata görə, bu yeni şəxsləri elə-belə işə qəbul etmirlər, bunu müəyyən məbləğ qarşılığında edirlər.

Jurnalistlər məlumatı aydınlaşdırmaq üçün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib, Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan isə cavab olaraq bildirib:

“Polkovnik Ağacanyan vəzifədə olduğu müddətdə Hərbi Polisdən heç kimi uzaqlaşdırmayıb, lakin toplanışlar zamanı bildirib ki, müəyyənləşdirilmiş tələblərin icra edilməsi zamanı nöqsanlar olsa, qanunla müəyyənləşdirilmiş qaydada cəza tətbiq ediləcək. Düşünürəm ki, bənzər ittihamlar Hərbi Polisdə həyata keçirilən islahatların gedişatına təzyiq göstərmək cəhdləridir, əgər faktlar varsa, qoy bildiriş versinlər”.

“Joğovurd” nəşri daha öncə yazmışdı ki, Aleksandr Ağacanyan Hərbi Polisə Ermənistan Müdafiə naziri Davit Tonoyanın sayəsində gəlib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az