ABŞ-ın daha 15 şəhərində komandant saatı tətbiq edilib

ABŞ-ın daha 15 şəhərində komandant saatı tətbiq edilib

ABŞ-ın 11 ştatı və 25 şəhərində komandant saatı elan edilib.

İnterAz xəbər verir ki, ABŞ-da qaradərili vətəndaş Corc Floydun polis zorakılığı nəticəsində ölümünün ardından baş qaldıran etirazlar, iğtişaş və toqquşmalar 4 gündür davam edir. ABŞ hökuməti daha 15 böyük şəhərdə komandant saatı elan edib.

Komendant saatının elan edildiyi ştatların sayı 11, şəhərlərin sayı isə 25-ə çatıb.

Ümumilikdə 1,400 nəfərin polis tərəfindən həbs olunduğu bildirilib.

Paytaxt Vaşinqton da daxil olmaqla bır sıra əyalətlərə Milli Qvardiya göndərilib.

ABŞ prezidenti Donald Tramp ötən günkü çıxışında iğtişaşları pisləyib və bu addımların demokratiyaya ləkə olduğunu deyib.

Mənbə: www.interaztv.com