Həftərin əsgərləri mülki şəxsləri öldürdü

Həftərin əsgərləri mülki şəxsləri öldürdü

Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Həftərin əsgərlərinin paytaxt Tripoliyə raket hücumu nəticəsində 5 mülki şəxs həyatını itirib.

Cebhe.info xəbər verir ki, Liviya hökumətinin Səhiyyə Nazirliyinin müşaviri Emin əl-Haşimi bu barədə yazılı açıqlama verib. Paytaxt Tripolinin Suk es-Sulesa mülki yaşayış məntəqəsinə raketlərin düşdüyünü bildirən Haşimi hücumda 5 mülki şəxsin öldüyünü vurğulayıb. Haşimi yaralananların sayı barədə məlumat verməyib.

Qeyd edək ki, keçən yanvar ayından bəri paytaxt Tripolinin Ayn Zara, Suk Cuma və Hallatat kimi yaşayış sahələrinə yüzlərlə raket atan Həftər əsgərləri yüzlərlə mülki şəxsin yaralanmasına səbəb olub. Xüsusilə may ayının ilk həftəsində Tripolidəki yaşayış məntəqələrinə edilən hücumlarda 14 mülki şəxs, o cümlədən uşaqlar öldürülüb və ən az 30 mülki şəxs yaralanıb.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info