“Ordu ilə bağlı bütün tənqidi fikirlər qapalı müzakirə edilməlidir”

“Ordu ilə bağlı bütün tənqidi fikirlər qapalı müzakirə edilməlidir”

Emin Həsənli: “Düşmən ordumuzla bağlı ən kiçik iradı belə böyük həvəslə tirajlayır”

Son vaxtlar sosial şəbəkələrdəordu haqqında tənqidi fikirlər səslənməkdədir.

Moderator.az-a açıqlamaverən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “TərxisOlunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib,bu cür tənqid və iradlarla bağlı konkret təkliflər verib:

“Sosial şəbəklərdə bəzi vətəndaşlarımızınordu ilə bağlı tənqidi fikirlər səsləndirməsi arzuedilməzdir. Təəssüflər olsunki, bəzi millət vəkilləri də bu cür fikirlər səsləndirir.

Silahlı Qüvvələrimizəhamı dəstək olmalıdır. Tənqidə gəlincə, tənqid obyektiv olmalı, hüquqa əsaslanmalıdır.Elə məsələlər var ki, onlar ordu rəhbərliyi ilə, yaxud da Mili Məclisin müvafiqkomitələrində qapalı şəkildə müzakirə edilməlidir.

Ölkə başçısı AzərbaycanXalq Cümhuiyyətinin ildönümü ilə bağlı çıxışında, “Qobu-3” şəhərciyininaçılışında bir daha Silahlı Qüvvələrimiz haqqında yüksək fikirlər səsləndirdi. Məlumolduğu kimi, Azərbaycanın müasir, peşəkar ordusu var. Bu ordu istənilən tapşırığıyerinə yetirməyə hazırdır. Ordumuz yüksək döyüş hazırlığına malikdir. SilahlıQüvvələrimizin mənəvi-psixoloji hazırlığı da olduqca yüksəkdir. Bütün qoşunnövlərinin döyüş hazırlığı yüksək səviyyədədir. Orduya çağırışı sistemi dəkifayət qədər qənaətbəxşdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidməti öz işini yüksək peşəkarlıqla həyata keçirir. Silahlı Qüvvələrimiz cənabprezidentin rəhbərliyi altında dərin islahatlar həyata keçirilib. Mili mətbəxformalaşıb. Ölkə ərazisindəki bütün hərbi hissələrdə əsgərlərin xidməti üçünyüksək şərait yaradılıb. Ərzaq və mətbəx milliləşib. Mili mətbəxə keçidlə bağlıbütün hərbi hissələrdə iş demək olar ki, başa çatıb. Əgər əvvəllər əsgərlərimizməişət işlərini özləri görürdüsə, artıq bunu mülki şəxslər həyata keçirir. Mətbəx,camaşırxana xidməti və s. ilə mülki vətəndaşlarımız məşğul olur. Hərbiqulluqçular ancaq döyüş hazırlığına cəlb olunub.

Hərbi hissələrimizdəböyük quruculuq işləri həyata keçirilib. Məhz bu işlərin nəticəsidir ki, bu günAzərbaycandakı hərbi hissələr müasir standartlara cavab verir, dünyanınqabaqcıl ordularına məxsus hərbi hissələrdən heç nə ilə geri qalmır. Bütünbunlar ölkəmizdə orduya olan diqqət və qayğının təzahürü olmaqla yanaşı, həm dəordumuzun gücünü göstərir.

Azərbyacanda irimiqyaslıhərbi təlimlər keçrilir və s. 2016-cı ilin aprel döyüşləri bir kəs daha göstərdiki, Qarabağ problemini hərbi müstəvidə həll etməyə imkan verən güclü ordumuzvar.

Ramil Səfərov, Mübarizİbrahimov və s. qəhrəmanlarımızla bağlı bəzi hallarda sərt fikirlər səsləndirilirki, bunlar qəbuledilməzdir. Hərbçilərimizə hörmət və ehtiram göstərilməlidir. Siyasimövqeyindən asılı olmayaraq, hər kəs Silahlı Qüvvələrimizi sevməli, bayrağımıza, dövlətimizə, ali başkomandanımıza hörmət etməlidir. Əynində hərbi mundir daşıyan hər kəsə ehtiramgöstərilməlidir. Axı vətəni müdafiə etməkdən müqəddəs nə ola bilər? Dünyda elə bir ordu, elə bir sahə yoxdur ki,orada nöqsan və çatışmazlıq olmasın. Lakin bu məsələlərə həssas yanaşmaq, onlarınmüzakirəsi qapalı şəkildə həyata keçirilməlidir.

Erməni hərbçilərinialdadırdılar ki, keçilməz “Ohanyan xətti” var. Aprel döyüşlərində düşməninkeçilməz zənn etdiyi “Ohanyan xətti” darmadağın edildi və ordumuz sürətlə irəlilədi.Bu gün də Ermənistan ordusu öz psixoloji vəziyyətini düzəldə bilmir. Bu günjurnalist, millət vəkili, QHT rəhbəri və s. kimi şəxslərin ordu haqqqında dediyihər bir tənqidi fikri erməni mətbuatı tirajlayır, bununla da Azərbaycan ordusuhaqqında mənfi imic formalaşdırmağa çalışırlar.

Mən bir daha vətəndaşlarımızıbu məsələyə həssas yanaşmağa çağırıram. Hər hansı tənqidi fikir bildirməzdənöncə yüz ölçüb bir biçmək lazımdır. Silahlı Qüvvələrimizin, ayrı-ayrı qoşunnövlərimizin əlaqə nömrələri, elektron ünvanları var. Hər kəs öz tənqidifikrini bu əlaqə vasitələri ilə lazımi qoşun növünə çatdıra bilər. Millət vəkillərisorğu vasitəsi ilə istənilən məsələni aydınlaşdıra bilər, informasiya əldə edəbilərlər. Ordumuzun, dövlətimizin mənafeyi bizdən məsələyə məhz bu cüryanaşmağı tələb edir”.

Mənbə: moderator.az