Trampı topa tutub, rəqibinə yalvardı: “İlk dəfə yalvardım ki...”

Trampı topa tutub, rəqibinə yalvardı: “İlk dəfə yalvardım ki...”

ABŞ-da polis əməkdaşının öldürdüyü qaradərili Corc Floydun qardaşı Filons Floyd başsağlığı üçün ona zəng edən Trampı "topa tutub".

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, Floyd Trampın onun sözünü tez-tez kəsdiyini və ona danışmaq fürsəti vermədiyini bildirib.

Qeyd edib ki, Tramp demək olar ona danışmaq imkanı verməyib, ancaq özü danışıb və ailə təmsilçisi kimi sözünü deməyə imkan yaratmayıb: "Tez-tez sözümü kəsirdi. Onunla danışmaq çox çətin idi".

Trampla yanaşı, onun gələn seçkidəki əsas rəqibi olan Co Baydenlə də telefonla danışan Floyd qardaşı üçün ədalət istədiklərini deyib: "Baydendən ədalət istədim. Əvvəllər heç kəsə yalvarmamışdım, amma ona yalvardım”.

Xatırladaq ki, iki gündür ABŞ-da bu hadisəyə görə kütləvi etiraz aksiyaları keçirilir.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info