Ukraynalı teleaparıcı krımlılara və Donbass sakinlərinə ölüm arzuladı

Ukraynalı teleaparıcı krımlılara və Donbass sakinlərinə ölüm arzuladı

Ukraynalı jurnalist və yazıçı Ostap Drozdov Krım və Donbass sakinlərinə ölüm arzuları ilə müraciət etdi.

KONKRET.az xəbər verir ki, o, YouTube kanalındakı efirdə müvafiq açıqlama verib.

Onun fikrincə, hər iki bölgə tamamilə bağlanmalıdır.

Teleaparıcı həmçinin Donbass sakinləri üçün kommunal xidmətlər üçün borcların silinməsini yolverilməz hesab etdi.

“Mənim istəyim olsaydı, Krım su olmadan, işıqsız – heç bir şey olmadan yaşayardı. Mən hər şeyi bağlayardım” dedi Drozov.

Bundan başqa, o, qondarma DXR və LXR ilə ticarət və kommunal münasibətləri “terrorizmin maliyyələşdirilməsi” adlandırıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az