Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək

Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək

ABŞ Prezidenti Donald Tramp Corc Floyda görə keçirilən etirazlar səbəbindən Antifa (antifaşist) hərəkatını terror təşkilatı kimi tanıyacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Tramp bu barədə Tvitter hesabında yazıb.

O, etirazların təşkilində Antifa hərəkatını ittiham edib.

Xatırladaq ki, ABŞ polisinin afroamerikalı Corc Floydu öldürməsindən sonra ölkənin bir sıra şəhərlərində qarşıdurmalar yaşanır.

Mənbə: axar.az