Türkiyə erkən seçkilərə gedir? - Açıqlama

Türkiyə erkən seçkilərə gedir? - Açıqlama

Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı deyilənlər gündəmi dəyişdirməkdən başqa bir şey deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müşaviri Numan Qurtulmuş deyib.

“Hədər yerə çalışırlar. Türkiyənin bugünki siyasi konyukturasında növbədənkənar seçkilərlə bağlı mühit mövcud deyildir. Türkiyə seçkiləri 2023-cü ildə, vaxtı gələndə keçirəcək. Hazırda Türkiyənin əsas hədəfi pandemiya ilə mübarizədir”, - Qurtulmuş bildirib.

Mənbə: axar.az