Trampın məsləhətçisi ÜST-ü korrupsiyalaşmaqda ittiham etdi

Trampın məsləhətçisi ÜST-ü korrupsiyalaşmaqda ittiham etdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Robert O`Brayen Ümumdünya Səhiyyə Təşkilatını Çinin nəzarətində olan korrupsiyalaşmış qurum adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi CNN-ə ölkəsinin ÜST ilə əməkdaşlığı dayandırmasını şərh edərkən danışıb.

O`Brayen bildirib ki, ABŞ-ın səhiyyəyə ayrılan xərcləri azalmayacaq. Lakin ölkə vəsaitləri zəruri istiqamətlərə ÜST deyil, Qırmızı Xaç və bütün dünyada cəbhəyanı hospitallar vasitəsilə çatdıracaq.

Donald Trampın məsləhətçisi ÜST-ni hansı faktlara görə korrupsiayalaşmış hesab etdiyini açıqlamayıb. Sadəcə, təşkilatı koronavirus pandemiyasının real təhlükəsini vaxtında görə bilməməkdə, onunla bağlı məlumatların Çin tərəfindən gizlədilməsinə göz yummaqda suçlayıb. O`Brayen həmçinin ABŞ şirkətlərinin koronavirusa qarşı vaksin hazırladıqlarını deyib: “Biz üstümüzə hücum edən və Çindən gələn bu xəstəliyə qalib gələcəyik”. Onun sözlərinə görə, ABŞ ÜST-ni maliyyələşdirməyi yalnız təşkilat islahatlara gedib korrupsiya və Çin asılılığından qurtarandan sonra bərpa edəcək.

Dünya

Musavat.com

Mənbə: konkret.az