Çikaqoda iğtişaşlar: Milli Qvardiya şəhərə yeridildi

Çikaqoda iğtişaşlar: Milli Qvardiya şəhərə yeridildi

Qarşıdurmaların davam etdiyi ABŞ-ın Çikaqo şəhərinə Milli Qvardiya qüvvələri yeridiləcək.

Axar.az xəbər verir ki, bu sözləri Çikaqo meri Lori Laytfut deyib.

O həmçinin bildirib ki, komendant saat növbəti xəbərdarlığa kimi uzadılacaq:

“Mənim xahişimlə polisə dəstək üçün Milli Qvardiyadan çox da böyük olmayan kontingent şəhərdə olacaq və ötən gecə baş verənlərin təkrarlanmasının qarşısını alacaq”.

Qeyd edək ki, afroamerikalı Corc Floydun öldürülməsindən sonra ABŞ-ın bir sıra iri şəhərlərində etirazlar baş qaldırıb, ardınca isə iğtişaşa çevrilib.

Mənbə: axar.az