Paşinyan haqqında ŞOK İTTİHAMLAR – Rusiyadan alınan silahlar qara bazarda satılır!

Paşinyan haqqında ŞOK İTTİHAMLAR – Rusiyadan alınan silahlar qara bazarda satılır!

Ermənistanın3-cü prezidenti, separatçı Serj Sərkisyanın kürəkəni, düşmən ölkəninVatikandakı keçmiş səfiri Mikael Minasyan var gücü ilə baş nazir NikolPaşinyanı ifşa etməkdə davam edir.

Moderator.azerməni saytlarına istinadən xəbər verir ki, Minasyan bu dəfə də Paşinyanı “qarabazarda” sialh alverində ittiham edib.

Onuniddiasına görə, Ermənistan silahlı qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsininkeçmiş rəhbəri, hazırda baş nazir Nikol Paşinyanın müşaviri general ArşakKarapetyan mayın 23-də gizli şəkildə Rusiyaya göndərilib:

“NikolPaşinyan beynəlxalq silah ticarəti bazarında David Qalstyan ilə birbaşa əlaqəlidir.General Karapetyan, Ermənistanın təhlükəsizliyi ilə birbaşa əlaqəli olanqalmaqalı gizlətmək üçün Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə danışıqlaraparmaq məqsədilə Moskvaya uçdu”.

Onunaçıqladığı faktlar əsl sensasiya hesab edilə bilər. Minasyanın sözlərindən məlumolur ki, Ermənistan Rusiyadan aldığı ucuz silahlar hesabına qeyri-rəsmi beynəlxalqsilah ticarətinin qara bazarına daxil olub. Bunu əlverişli edən isə ErmənistanınRusiyadan ucuz silah almaq hüququnun olmasıdır. Belə ki, ErmənistanRespublikası Rusiyanın silah istehsalçılarından aldığı silahları Rusiya ordusunaverilən qiymətlərlə ala bilir. Bu qiymətlər isə beynəlxalq qiymətlərdən 65% -əqədər fərqlənir.

M.Minasyan bildirir ki, Paşinyan “Patron David” adlandırılan David Qalstyana Ermənistanınmüdafiə nazirliyi ilə əməkdaşlıq etməyə və silah alış-verişi aparmağa səlahiyyətverib. O isə “Ermənistanın adından, məsələn, şərti olaraq 100 növ silah sifarişverir”.

Sonra həminsilahların 60 faizi sənədləşdirilir və Ermənistana gətirilir. Bütün sənədləşmələrqaydasında aparılır. Qalan 40 faizi isə Qalstyan birbaşa Rusiyadan üçüncü ölkəyə,məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir.Oradan isə başqa ölkəyəaparılır. Silahların dördüncü ölkəyə satıldığından Rusiyanın da məlumatı olur.

Minasyanəlavə edir ki, Nikol Paşinyan Rusiya üçün Ermənistanla “eyni tutulmadığına görə”Rusiya Qalstyanı cəzalandırmaq qərarına gəlir və onun 10 il ərzində Rusiyayagirişinə qadağa qoyulur. Həqiqətən də D. Qalstyanın 2019-cu ildən 2029-cu ilədəkbu ölkəyə girməsini yasaqlayan sənəd mövcuddur.

NikolPaşinyan Qalstyan vasitəsilə pul qazana bilmədiyindən Müdafiə Nazirliyinin büdcəsini“silmək” üçün başqa yollar axtarıb tapıb. Bu dəfə o, köhnə silahları yen adı iləbaha qiymətə “aformut” etmək yolunu seçir.

Bu zamanən sərfəli olan “Osa-AK” zenit-raket sistemləri işə yarayır.

Minasyaniddia edir ki, Paşinyan 1970-80-ci illərin istehsalı olan bu hava hücumundanmüdafiə sistemlərini müasir sistemlər adı altında baha qiymətə alaraq büdcədənxeyli vəsaiti mənimsəyib. Onun sözlərinə görə, Ermənistan ordusu həmişə özarsenalında “Osa-AK” hava hücumundan müdafiə sistemlərinə sahib olub və silahlıqüvvələr əvvəldən onlardan istifadə edib, hətta onu pulsuz əldə etmək fürsəti dəolub.

Lakinindi onları baha qiymətlərlə hansısa offşor şirkətlər vasitəsilə əldə edirlər.

Taleh

Mənbə: moderator.az