Rusiyalı jurnalist döyüldü, səfirlik nota göndərdi

Rusiyalı jurnalist döyüldü, səfirlik nota göndərdi

Rusiyanın Vaşinqtondakı səfirliyi RİA “Novosti” müxbiri ilə bağlı baş vermiş insidentə görə Dövlət Departamentinə etiraz notası göndərib.

Axar.az-ın məlumatına görə, notada deyilir ki, rusiyalı, eləcə də onunla bərabər çalışan amerikalı jurnalistlər polis qəbuledilməz rəftarı ilə üzləşib.

“Hadisə yerindəki kadrlardan da görünür ki, media nümayədələri yüksək səslə və aydın şəkildə özünü təqdim edir, geyiminə lazımi işarələr qoyub. Həmçinin sənədləri təqdim edib, heç bir müqavimət göstərməyib. Diplomatlar hərtərəfli araşdırma aparılmasını və nəticələr barədə məlumat verməyi tələb edir.”. – deyə bildirib.

Mənbə: axar.az