“Gilan əhalisinin 30 faizi türkdür” deyən deputatın mandatı təsdiqlənməyib – VİDEO

“Gilan əhalisinin 30 faizi türkdür” deyən deputatın mandatı təsdiqlənməyib – VİDEO

İranda – Gilan əyalətinin Somesəra şəhərinin millət vəkili seçilən Kazım Dilxoşun mandatı təsdiqlənməyib.

Mayın 31-də keçirilən İran Məclisinin iclasında Diloxşla bərabər Gəşsarandan millət vəkili seçilən Əlirza Tacgərdun və Firidunşəhərdən deputat seçilən Hüseyn Məhəmməd Salehinin mandatları təsdiqlənməyib.İranın “ANA” xəbər agentliyi sözü gedən şəxslərin deputat mandatının təsdiqlənməməsini iqtisadi ittihamlar, korrupsiya və məhkəmə tərəfindən barələrində çıxarılan qərar ilə əlaqələndirib.İran qanunvericiliyinə əsasən, deputat mandatı təsdiqlənməyən şəxsin etiraz etmək haqqı var. Belə halda mandatın ləğvi ilə əlaqədar irəli sürülən ittihamlar müvafiq şöbə və komissiyalarda yenidən araşdırılacaq.

Kazım Dilxoş 2018-ci ildə Güney Azərbaycanın Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi planına qarşı etirazlar zamanı Gilan əhalisinin ən azı 30 faizinin Azərbaycan türklərindən ibarət olduğunu bildirmişdi.

Mənbə: turkustan.info