Mayis Səfərli: “Karantin qaydalarını pozanlara qarşı cəza tədbirlərinin görülməsi zəruridir”

Mayis Səfərli: “Karantin qaydalarını pozanlara qarşı cəza tədbirlərinin görülməsi zəruridir”

"Artıq neçə vaxtdır ki, televizoru işə salarkən, radionu qoşarkən, qəzetləri səhifələyərkən, internetə daxil olarkən ilk əldə etmək istədiyimiz xəbər koronavirusla bağlıdır. Görəsən, yoluxma sayı nə qədərdir? Bu gün neçə qurban var? Vaksin tapıldımı?..Harada, hansı ölkədə yaşamağından asılı olmayaraq,bu narahatlıq bütün insanların həyatına hakim kəsilib". Bunu "Olaylar" deyən Yurddaş Patiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Azərbaycanda son günlərin statistikası ürəkaçan deyil, üzücüdür. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasından sonra insanlar çölə axışdılar. Hərarətli əl sıxmalar, qucaqlaşıb görüşmələr, təmaslı hal - əhval tutmaq, maskasız, məsafəsiz üz - üzə dayanıb doyunca dərdləşmək... Bir sözlə adamlar özlərini elə aparırlar ki, sankil virusa qalib gəlmişik: "Nəticə göz qabağındadır. Xəstələnənlərin sayı, sağalanları getdikcə üstələyir. Bu dinamika son günlər daha da artır. Demək olar ki, hər gün insan itkisi ilə bağlı məlumatlar eşidirik. Biz nə edirik, hara gedirik? Axı, dövlətimiz və rəhbərlərimiz böyük çətinliklər və zəhmət hesabına vəziyyəti nəzarətə götürə bilib. Yumşalmaya ona görə gedildi ki, ehtiyat tədbirləri görmək şərtilə insanlar öyrəşdikləri həyat tərzinə tədricən dönə bilsinlər, əmək fəaliyyətlərini bərpa etsinlər, təmiz havada gəzə bilsinlər və s. Amma bir çox məsuliyyətsiz adamlar nə maska taxır, nə sosial məsafə saxlayır, nə də gigiyena qaydalarına əməl edir. Ona görə də qaydaları pozanlara qarşı cəza tədbirlərinin görülməsi zəruridir. Düşünürəm ki, virusun yayılma sürətindəki artım tendensiyası belə davam etsə, daha sərt və ciddi qaydaların tətbiqi aktuallaşa bilər. Çünki hansısa məsuliyyətsiz adamların davranışına görə cəmiyyətin həyatını və genefondumuzu təhlükə altına ata bilmərik".

Mənbə: olaylar.az