Azərbaycanda Milli Uşaq Strategiyası hazırlanıb

Azərbaycanda Milli Uşaq Strategiyası hazırlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Azərbaycan 2020” İnkişaf Konsepsiyasının 7.4 bəndinin reallaşdırılması istiqamətində Milli Uşaq Strategiyası hazırlanıb. Azvision.az xəbər verir ki, bu barədə komitə sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, sənəd artıq son mərhələdədir: “Sənəd çox güman ki, yaxın müddətdə imzalanacaq. Sənəd Azərbycan dövlətinin və uşaqların əldə etdiyi nailiyyətlərdən daha geniş perspektivlərə doğru vəzifələri müəyyən edir. Strategiya çərçivəsində fəaliyyət proqramları üzərində işləyirik. Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq”.

Mənbə: azvision.az