Erməni politoloq: “Ölkəni idarə etmək və millətə rəhbərlik etmək hər bir populistin ağıl işi deyil”

Erməni politoloq: “Ölkəni idarə etmək və millətə rəhbərlik etmək hər bir populistin ağıl işi deyil”

“Yadınızdadırsa, virusun yayılmasının lap əvvəlindən Nikola prezident Robert Köçəryanı əsirlikdən azad etməyi, bütün siyasi sahəni və cəmiyyəti onun ətrafında birləşdirməyi çağırış etdim ki, hamımız birlikdə çiyin-çiyinə müqavimət göstərək, koronavirus və ondan sonrakı iqtisadi fəlakətə qarşı mübarizə aparaq”. Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Menua Harutyunyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Nikol millətin sağlamlığını və Ermənistan iqtisadiyyatının gələcəyini öz hakimiyyətini nəyin bahasına olursa-olsun qorumaq və siyasi rəqiblərini təqib etmək işinə tabe etdi.

“Ölkəni idarə etmək və millətə rəhbərlik etmək hər bir populistin ağıl işi deyil, biz bunu nə qədər tez başa düşsək, birləşməyə və Ermənistanın çöküşünü dayandırmağa o qədər tez başlayacağıq”, - deyə Harutyunyan bildirib.

 

Mənbə: ordu.az