ABŞ qarışdı: Tramp bunkerdə gizləndi

ABŞ qarışdı: Tramp bunkerdə gizləndi

ABŞ-da kütləvi iğtişaşlar zamanı Prezident Donald Tramp bunkerdə gizlənib.

Cebhe.info xəbər verir ki, bu barədə “New York Times" yazıb. Nəşrin yazdığına görə, iğtişaşlar başladığı zaman xüsusi xidmət orqanlarıının nümayəndələri Trampı yeraltı sığınacağa aparıb. Bu bunker terror hücumlarından qorunmaq üçün nəzərdə tutulub.

İğtişaşçılar Ağ Evin qarşısında toplaşıb. Onlar Trampın ünvanına şüarlar səsləndirib, binaya butılka və digər əşyalar atıb.

Artıq 3-cü həftədir ki, ölkədə qaradərili vətəndaşın polis tərəfindən öldürülməsinə etiraz aksiyaları davam edir. Ağ Evin əməkdaşlarından bir çoxuna evdə qalıb işləmək tapşırılıb. Aksiyalar Minneapolisdə başlayıb.

Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz edən vətəndaşlar həm də Tramp administrasiyasını hadisəyə laqeydlikdə günahlandırıblar.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info