London qarışdı: Minlərlə insan küçədə...

London qarışdı: Minlərlə insan küçədə...

ABŞ-da Corc Floyd üçün keçirilən aksiyalara İngiltərədən də dəstək gəlib.

Axar.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda minlərlə insan ABŞ səfirliyi önündə etiraz aksiyası keçirib.

Səfirlik binasına girmək istəyən etirazçıların önünü polis kəsib.

Məlumata görə, aksiya iştirakçıları “Ədalət yoxdursa, əmin-amanlıq yoxdur”, “Dizinizi boynumuzdan çəkin”, “Gerçək pandemiya irqçilikdir” kimi şüarlar səsləndiriblər.

Səfirliyin önündə polislə etirazçılar arasında qarşıdurma da yaşanıb.

Bildirilir ki, 11 etirazçı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floyd saxlanılarkən polis tərəfindən öldürülüb. Bundan sonra ölkənin bir çox ştatında etiraz aksiyaları başlayıb.

Mənbə: axar.az