Koronaya ofisiantdan yoluxdum - Paşinyan

Koronaya ofisiantdan yoluxdum - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa necə yoluxduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, Paşinyan bu barədə Feysbuk səhifəsindəki canlı yayım zamanı danışıb.

“Güman edirəm ki, işgüzar iclas zamanı yoluxmuşam. Bilirsiniz ki, belə iclaslarda stola su dolu stəkanlar qoyulur. Mənə stəkan verən şəxsin əlcəkdə olmadığını gördüm. Yerindəcə onu tənbeh edib, stəkanı dəyişməsini istədim”, – deyə o bildirib.

Paşinyan sonradan bu ofisiantda koronavirusun aşkar edildiyini söyləyib.

Mənbə: axar.az