Erməni politoloq: “Maska Paşinyan hakimiyyətinin 4-cü simvoluna çevrilir”

Erməni politoloq: “Maska Paşinyan hakimiyyətinin 4-cü simvoluna çevrilir”

Həbs olunmuş Köçəryanın, qaçaq siqaretin və kassa aparatlarının yanında maska Nikol Paşinyan hakimiyyətinin 4-cü simvoluna çevrilir”. Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni politoloq Ağasi Yenokyan yazıb.
Yenokyan qeyd edib ki, maskalar məsələsində gülünc, lakin kədərli vəziyyət var, “qara” sakinlərin böyük bir qrupu maskanın gücünə inanmır, çünki bu barədə Paşinyan danışır.
“Səbəb təkcə ona qarşı çıxmaq deyil, insanlar onun tez-tez yalan danışdığını başa düşüblər və o, öz nitqini dəyərdən salıb”, - deyə Yenokyan yazıb.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az