Ermənistan DNX-nin keçmiş rəsmisi: “Biz inqilab etməmişik ki, bir-birimizi aldadaq, gizli yaşayaq”

Ermənistan DNX-nin keçmiş rəsmisi: “Biz inqilab etməmişik ki, bir-birimizi aldadaq, gizli yaşayaq”

“Məqsəd yoluxdurmamaq və yoluxmamaq yox, cərimə olunmamaq olanda hər gün koronavirusa yoluxanların rekord saylarını müəyyənləşdirəcəyik”. Ordu.az xəbər verir ki, bunu Ermənistan Dövlət Nəzarət Xidmətinin səlahiyyətləri dayandırılmış rəisi Davit Sanasaryan öz “Facebook” səhifəsində yazıb.

“Əzizlərim, biz təhlükəsizlik kəmərinin məntiqini elə də başa düşmədik və indi də məcburi tibbi maska taxmaq məntiqini başa düşmürük. Sürücülərin əksəriyyətinin təhlükəsizlik kəmərini formal olaraq bağladığı kimi, indi də tibbi maskanı yalnız nəzarətçilər üçün taxırlar. Məqsəd eyni olaraq qalıb - cərimə olunmamaq. Heç bir cərimə nə sizin, nə də sizin günahınızla başqalarının həyatlarının itkisindən artıq deyil. Biz inqilab etməmişik ki, bir-birimizi aldadaq, gizli yaşayaq. Biz inqilab etmişik ki, dəyərləri dəyişək”, - deyə o qeyd edib.

 

Mənbə: ordu.az