Deputat: "Məni və Qarabağdan olan digərlərini ittiham edirlər ki..."

Deputat: "Məni və Qarabağdan olan digərlərini ittiham edirlər ki..."

“Son dövrlər sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi məsələsi gündəmdədir. Amma yaxın prespektivdə bu istiqamətdə hansısa qanunun qəbul ediləcəyi gözlənilən deyil”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Ceyhun Məmmədov deyib.

C.Məmmədov bidirib ki, sosial şəbəkələrdə son zamanlar xüsusilə də Xüdafərin və Şuşa məsələsinə görə Azərbaycan hökuməti tənqid olunur:

“Təəssüf edirəm ki, bu cür mövqe sərgiləndi. Məni və digər Qarabağdan olan deputatları ittiham edirlər. Doğrudur, vitse-spiker Əli Hüseynli və digərləri buna cavab verdi. Amma Qarabağ bizim hər birimizin ən həssas məsələsidir. Dəfərlərlə bu haqda mediaya yazılarımız, çıxışlarımız olub. Amma görürük ki, qaragüruh və populizm insanlar arasında daha çox rəğbət qazanır”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info