Ukrayna XİN İran səfirini çağırdı

Ukrayna XİN İran səfirini çağırdı

Eastnews.org-un verdiyi xəbərə görə, İran səfiri yanvar ayında vurulan Ukraynanın “Boeing” təyyarəsinin Tehranın əlindəki uçuş qeydləri ətrafındakı vəziyyətlə əlaqədar danışmaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə ötən gün Ukraynanın "Avropa Həqiqəti" qəzeti Ukraynadakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına əsasən, Ukrayna İrandan qara qutuların almasına nail olmaq istəyir. Lakin İran qara qutuların verilməsinə razı deyil.

İranın ISNA agentliyi bazar günü bildirib ki, İran hakimiyyəti vurulan təyyarələrin qara qutularını Ukraynaya göndərməmək qərarına gəlib. Qeyd olunur ki, bu qərara səbəb Ukrayna tərəfinin İranın təkliflərinə cavabının gecikməsi olub. Agentlik qara qutuların Fransa olma ehtimalı olan başqa bir ölkəyə göndəriləcəyini açıqlayıb.

Mənbə: Ukrayna KİV

Mənbə: eastnews.org