NBC: "Tramp Ağ Evin zirzəmisində gizlənib"

NBC: "Tramp Ağ Evin zirzəmisində gizlənib"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın NBC telekanalı ABŞ prezidenti Donald Trampın cümə günü Ağ Evdəki yeraltı bir sığınacağa qısa bir müddətdə köçürüldüyünü təsdiqləyib.

"MSNBC" müxbiri Kris Conson "Twitter" hesabında bu barədə yazıb:

"NBC, ABŞ prezidenti Donald Trampın cümə günü çox qısa müddətə gizli xidmət tərəfindən Ağ Evin yeraltı sığınacağına aparıldığını təsdiqləyib. Bu, 11 sentyabr hücumları zamanı o zamankı vitse-prezident Dik Çeyninin istifadə etdiyi sığınacaqdır".

"New York Times" qəzeti də Trampın etirazçıların (Ağ Evə) yaxınlaşması səbəbiylə ehtiyat tədbir olaraq terrorla mübarizə üçün gizli bir sığınacağa köçürüldüyünü bildirib.

Mənbə: eastnews.org