"BMT qətnamələrindən düzgün istifadə etmirik" - Erkin Qədirli

"BMT qətnamələrindən düzgün istifadə etmirik" - Erkin Qədirli

“Dünən Şuşa məsələsi Milli Məclisdə qəribə şəkildə gündəmə gəldi. Bir hüquqşünas kimi düşünürəm ki, biz əlimizdə olan sənədlərdən yetərincə istifadə etmirik”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deputat Erkin Qədirli deyib. E.Qədirli BMT-nin qəbul etdiyi 4 qətnaməyə toxunaraq onlardan düzgün istifadə olunmadığını qeyd edib:

“Bilirsiniz ki, bizim əlimizdə 4 qətnamə var. O qətnamələrə diqqətlə baxsaq, orada bir sıra məqamlar var ki, biz onlardan heç vaxt istifadə etməmişik. Birinci gəlir münasibətlərin pisləşməsi, ikinci silahlı döyüşlərin olması, üçüncü isə Kəlbəcərdən işğalçı qüvvələrin çıxması.

Yəni qətnamədə işğal sözü istifadə olunmayıb. Çünki işğal iki dövlət arasında baş verən fakta deyilir. Konkret adı çəkilməsə də, işğalçı sözü Ermənistan ordusuna şamil olunur”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info