Qarabağ daxilində yeni münaqişə yetişir – Ermənistan MTX-yə birbaşa tabeçilik?

Qarabağ daxilində yeni münaqişə yetişir – Ermənistan MTX-yə birbaşa tabeçilik?

Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altında olan Qarabağda keçirilən qanunsuz “seçkilər” zamanı oliqarx Arayik Harutyunyanı dəstəkləməsi baha başa gələ bilər. “168.am” nəşri yazır ki, Qarabağdakı qondarma qurumdan daxil olan məlumata görə, yaxın gələcəkdə qondarma qurumun “Təhlükəsizlik Xidməti” birbaşa Ermənistan MTX-yə tabe olacaq.

Əslində, bu, digər hüquq-mühafizə orqanlarının da Ermənistana birbaşa tabeçiliyi olacaq Arayik Harutyunyan-Nikol Paşinyan razılaşması çərçivəsinə uyğundur.

Digər kadr dəyişiklikləri ilə yanaşı, 2018-ci ilin iyun ayında Xankəndindəki məlum etirazlardan sonra vəzifəsindən azad edilən qondarma qurumun keçmiş polis rəisi Kamo Ağacanyan “Təhlükəsizlik Xidmətinin” rəhbəri təyin ediləcək.

Qondarma qurumun “Təhlükəsizlik Xidmətində” bu dəyişikliklər olduqca mənfi qəbul edilib. Bu vəzifəyə yeni namizəd və “nüvəsi” hesab edilən köhnələr arasında təkcə kənardan təyin olunmasına qarşı yox, həm də Kamo Ağacanyanın orada görünməsinə qarşı çıxanların olması səbəbindən bir münaqişə yetişməsinə səbəb olub.

Həmin mənbələrin məlumatına görə, Nikol Paşinyan Qarabağa gələn zaman birbaşa açıq şəkildə qondarma qurumun yeni “rəhbərinə” bütün təyinatların onunla razılaşdırılmalı olduğunu söyləyib.

 

Mənbə: ordu.az