Çin ABŞ-ı Honkonqa müdaxiləyə görə hədələdi

Çin ABŞ-ı Honkonqa müdaxiləyə görə hədələdi

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çinə qarşı tədbirlərinin beynəlxalq qanunları pozduğunu və nəticəsiz qalacağını söylədi.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi nazirliyin mətbuat xidmətinə istinadən yayıb.

Mənbə bildirir ki, Çin Xarici İşlər Nazirliyi Honkonqun daxili işlərinə müdaxilə etdiyinə görə ABŞ-a etiraz etdi.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zhao Lijian bazar ertəsi keçirilən brifinqdə ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən Honkonqda milli təhlükəsizlik qanun layihəsinə cavab olaraq ABŞ-a etiraz etdiyini söylədi.

“Açıqlanan tədbirlər Çinin daxili işlərinə kobud müdaxilədir və Çin-ABŞ münasibətlərinə zərər verir” dedi.

“Çin bununla bağlı qəti etirazını ifadə edir”, – diplomat əlavə edib.

“ABŞ-ın bu məsələyə açıq şəkildə müdaxiləsi beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin əsas qaydalarına ziddir. Onlar uğursuzluğa məhkumdurlar” dedi Zhao Lijian.

Qeyd olunur ki, Çin ABŞ-ın maraqlarına zərər vurmaq üçün edilən istənilən cəhdlərinə sərt reaksiya verəcək. Çin ABŞ-ı sərt qisas almaqla hədələyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az