Yaponiyada ikinci dalğa baş verə bilər

Yaponiyada ikinci dalğa baş verə bilər

Son günlər Yaponiyada koronavirusa yoluxanların sayı artdığı üçün ikinci dalğanın baş verəcəyi ilə bağlı iddialar yaranıb.

Dünən aralarında məktəb şagirdlərinin də olduğu 12 nəfərin virusa yoluxması ilə narahatlıqlar daha da çoxalıb.

Cebhe.info xəbər verir ki, rəsmilər dünən bir məktəbdə 4 şagirdin virusa yoluxduğunu açıqlayıblar.

Bunun ardınca bir sıra məktəblərdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Rəsmilər COVID-19-un digər məktəblərə yayılacağından narahat olduqlarını deyiblər.

Qeyd edək ki, Fukuokadakı Kitakyuşu şəhərində 30 aprel-22 may tarixlərində virusa yoluxma hadisəsi qeydə alınmayıb, lakin son 9 gündə 97 yeni yoluxma hadisəsinin aşkar edilməsi ikinci dalğa qorxusunu yaradıb.

Bildirək ki, Yaponiyada indiyədək 17 min 624 nəfər virusa yoluxub, 910 nəfər isə həyatını itirib.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info