İran, ABŞ-dakı etirazlarda əli olması iddiasına münasibət bildirib

İran, ABŞ-dakı etirazlarda əli olması iddiasına münasibət bildirib

...İran rəsmisi bildirib ki, İranın ABŞ-ın daxili məsələlərində heç bir müdaxiləsi yoxdur

"ABŞ-ın daxili işlərində biz tərəfdən hər hansı bir müdaxilənin olmasını rədd və təkzib edirik. Eyni zamanda Amerikada baş verən proseslərlə bağlı narahatlığımızı izhar etməyə bilmərik."

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi bu gün keçirilən mətbuat konfransında deyib.

İran rəsmisi bildirib ki, İranın ABŞ-ın daxili məsələlərində heç bir müdaxiləsi yoxdur.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şöbəsinin müşavirlərindən biri ABŞ-da baş qaldıran etirazlar, iğtişaşlar və toqquşmalarda Rusiyanın, Çin və İranın əli olduğunu iddia etmişdi.

Seyid Abbas Musəvi bundan öncə ingilis dilində ABŞ hökumətinə xitabən müraciət edib və deyib: "İmkan verin ABŞ xalqı nəfəs ala bilsin"

Mənbə: www.interaztv.com