Paşinyanın qanunsuz silah ticarətində iştirakı araşdırılır

Paşinyanın qanunsuz silah ticarətində iştirakı araşdırılır

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vatikandakı keçmiş səfir, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın hakimiyyətin qanunsuz silah ticarəti ilə məşğul olması ilə bağlı açıqlamalarını araşdırır. Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Baş prokurorun müşaviri Qor Abrahamyan bildirib.

Onun sözlərinə görə, Baş prokurorluq məlumatı yoxlamaq üçün Minasyanın videosunu MTX-yə göndərib.

Sarkisyanın kürəkəni ötən həftə yaydığı videoda baş nazir Nikol Paşinyanın yaxınları vasitəsi ilə Rusiyadan alınan silahların üçüncü ölkələrə satılmasını təşkil etdiyi vurğulanıb.

Mənbə: azvision.az