Çinin taleyi həll edilir: Tramp G7-yə yeni ölkələr çağırır

Çinin taleyi həll edilir: Tramp G7-yə yeni ölkələr çağırır

ABŞ Prezidenti Donald Tramp G7 sammitini sentyabra qədər təxirə salmağı və buraya daha dörd ölkəni dəvət etmək istəyir.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb.

Mətbuat G7-nin iclasına dəvət ediləcək ölkələrin Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistan olacağını bildirib. Amerikalı jurnalistlərin iddiasına görə, Tramp G7-nin hazırkı tərkibini dünyada baş verən proseslərə adekvat hesab etmir. Bununla belə G7-nin növbəti iclasında üzv və qonaq ölkələrin əsas müzakirə mövzusunun Çinin gələcəyi olacağı biildirilib.

Mənbə: axar.az