Trampın hədələdiyi Antifa: PKK ilə hansı əlaqələri var?

Trampın hədələdiyi Antifa: PKK ilə hansı əlaqələri var?

ABŞ Prezidenti Donald Trampın hədələdiyi Antifa (antifaşist) hərəkatının bir müddət öncə YPG/PKK ilə əməkdaşlığı ortaya çıxmışdı.

Axar.az xəbər verir ki, Antifa “İŞİD-lə mübarizə” adı altında YPG/PKK ilə əməkdaşlıq edib.

Həmçinin, hərəkatın Suriyanın şimalında terror təşkilatından təlim keçməsi ilə bağlı xəbərlər dünya mətbuatda yer alıb.

Bundan əlavə, Suriyada Antifanın istifadə etdiyi simvollar ilə YPG/PKK “bayrağı”nın birgə çəkildiyi fotolar da dərc olunub.

D.Trampın açıqlamasından sonra bəzi analitiklər Antifanın PKK ilə birbaşa əlaqəsi olduğunu və PKK-nın da ABŞ tərəfindən terror təşkilatı kimi tanındığını xatırladıblar.

Qeyd edək ki, D.Tramp Corc Floyda görə keçirilən etirazlar səbəbindən Antifa (antifaşist) hərəkatını terror təşkilatı kimi tanıyacağını açıqlayıb.

Mənbə: axar.az