ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq

ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq

ABŞ prezidenti Donald Tramp Minneapoils şəhərində ağdərili polisin qaradərili vətəndaşı öldürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalardan danışıb. Moderator.az-ın məlumatına görə, prezident Milli Qvardiyanın anarxist dəstələrlə və radikal solçularla sərt davranışını təqdir edib.

Əslində ordunun, eləcə də Milli Qvardiyanın kütləvi aksiyalar baş verən ərazilərə gec cəlb olunduğunu söyləyən, buna görə hərbi komandanlığı tənqid edən prezident Tramp anarxistlərin ABŞ-da məşhur olan hərəkatından da söz açıb. O, illər öncə yaranan və son vaxtlar güclü şəkildə təşkilatlanan "Antifa"nı ABŞ ərazisində qiyamçılara dəstək verən əsas qurum adlandırıb. Prezident bu radikal birləşməni vətəndaş itaətsizliyində və qiyama dəstək verməkdə ittiham edib. Tramp bəyan edib ki, millətçi toplumların, solçuların və özlərini klassik neonasistlərin davamçısı hesab edənlərin bir araya gəldiyi "Antifa" bundan sonra rəsmən ABŞ-da fəaliyyət göstərən terrorçu təşkilat kimi tanınacaq.

Mənbə: moderator.az