Moskva Dövlət Universiteti yeni tədris ilinə onlayn başlayacaq

Moskva Dövlət Universiteti yeni tədris ilinə onlayn başlayacaq

M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) birinci kursa daxil olmaq istəyən əcnəbi vətəndaşlar üçün sənəd qəbuluna başlayacaq. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, tələbələr üçün əlverişsiz epidemiya vəziyyəti və ya sərhədlərin bağlanması ilə əlaqədar məhdudiyyətlər davam edəcəyi təqdirdə universitet yeni tədris ilini distant təhsil texnologiyalarının tətbiqi ilə başlayacaq.
"TASS" agentliyinin məlumatına əsasən, yeni tədrisi ilinin qəbul qaydaları MDU-nun rəsmi saytında yerləşdirilib. Sənədləri MDU-nun xüsusi platforması vasitəsilə online şəkildə universitetə təqdim etmək olar. Qəbul imtahanları bir neçə mərhələdə distant formatda keçiriləcək, onların cədvəli mərkəzi qəbul komissiyasının və fakültələrin saytlarında yerləşdiriləcək. Müqavilənin bağlanması və birinci semestrin təhsil xərclərinin ödənilməsi də online həyata keçiriləcək.
Əcnəbi vətəndaşlar üçün bakalavr, ixtisaslaşma və magistr proqramları üzrə birinci kurs üçün sənədlərin qəbulu iyunun 15-dən başlayır.
Daha əvvəl MDU-nun rektoru, akademik Viktor Sadovniçi bildirib ki, bu il ali məktəb, təxminən 3 000 əcnəbi tələbə (ötən il 2700) qəbul etməyi planlaşdırır. Universitetin mətbuat xidmətinin məlumatına görə, hazırda MDU-da filiallar nəzərə alınmadan 75 ölkədən təxminən səkkiz min əcnəbi tələbə təhsil alır. Onlardan təxminən 30%-i yaxın xarici ölkələrin, 50% -i isə Asiya regionunun vətəndaşlarıdır. muallim.edu.az

Mənbə: aztehsil.com