ABŞ-dakı qarışıqlıqda RUSİYA İZİ tapıldı

ABŞ-dakı qarışıqlıqda RUSİYA İZİ tapıldı

“ABŞ-dakı hadisələrdə Rusiya izi var”.

Cebhe.info xəbər verir ki, bunu ABŞ-ın milli təhükəsizlik üzrə sabiq müşaviri Süzan Rays deyib. O, CNN-ə müsahibəsində bildirib ki, aksiyaları Rusiya trolları da tətikləyir. Ancaq Rays sözlərinə hansısa sübut göstərməyib. Öz təcrübəsindən çıxış edərək belə qənaətə gəldiyini deyib:

"Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu, birbaşa Rusiya metodudur. Onların məqsədi ABŞ-ı biabır etməkdir. Onlar bizi bölmək istəyir, istəyirlər ki, biz bir-birimizlə mübarizə aparaq. Mən onların hər iki tərəfi sosial şəbəkə vasitəsilə qıcıqlandırdığını görsəm, təəccüblənmərəm. Hansısa formada maliyyələşdirməni həyata keçirsələr də təəccüblənmərəm”.

Xatırladaq ki, ABŞ şəhərlərində etirazlar qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsi ilə başlayıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info