Mövqeyimiz dəyişilməzdir: “Azərbaycan torpaq məsələsində güzəştə getməyəcək”

Mövqeyimiz dəyişilməzdir: “Azərbaycan torpaq məsələsində güzəştə getməyəcək”

"Ölkə rəhbərinin "Qobu Park-3” yaşayış kompleksinin açılışında dilə gətirdiyi fikirlər uzun illərdir Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın apardığı, yürütdüyü siyasətin, beynəlxalq toplantılarda səsləndirilən, ifadə edilən sərt və birmənalı mövqenin məntiqi davamıdır".

Bu barədə “Sherg.az”a danışan millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycan Qarabağ, torpaq məsələsində heç zaman güzəştə getməyib və bundan sonra da getməyəcək. Bu dəyişməz mövqe bir daha qətiyyətli şəkildə ifadə olundu:

"Cənab Prezidentin də qeyd etdiyi kimi Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər və tapacaq. Məkrli ermənilərin, işğalçı və təcüzkar Ermənistan bütün fintəkarlıqlarına, təxribatlarına, onları himayə edən qüvvələrin açıq-gizli şantajlarına baxmayaraq, Azərbaycan dövləti və xalqı Qarabağ məsələsində yekdil və birmənalı mövqeyə malikdir.

Azərbaycan xalqı və dövləti heç zaman işğal faktı ilə barışmayıb, bu gün də barışmır, bundan sonra da barışmayacaq.

Sadəcə, Azərbaycan xalqı, Azərbaycan dövləti, dövlət başçısı münaqişənin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır, yenidən qan axmasını, qan axıdılmasını istəmir. Və münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində gərəkən nələr varsa, onu da edir, bütün addımları atır".

Millət vəkilinin sözərinə görə, bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik.

Mənbə: sherg.az