İranın səhiyyə naziri: “Sosial məsafəyə diqqət edilmir”

İranın səhiyyə naziri: “Sosial məsafəyə diqqət edilmir”

"Təəssüf ki, ölkəmizdə bir çox insan epidemiyanın bitdiyini düşünür. Mən iki gün əvvəl Məşhəd şəhərinə getdim. Sosial məsafəyə diqqət edilmir, tibbi maskadan istifadə olunmur. 3 aydır mübarizə aparırıq. Gördüyümüz mənzərə ürəkaçan deyil”.

Cebhe.info xəbər verir ki, bunu İranın Səhiyyə naziri Səid Nemeki dövlət televiziyasında çıxışı zamanı söyləyib.

COVID-19-un yayılma sürətinə diqqət çəkən Nemeki "İnsanlar düşünür ki, COVID-19 bitib, lakin çox asanlıqla geri dönə biləcəyini nəzərə almırlar. Belə gedərsə, sürprizlə qarşılaşa bilərik”, - deyə bildirib.

Qeyd edək ki, Çindən bütün dünyaya yayılan koronavirus infeksiyası İranda ilk dəfə Qum şəhərində 19 fevral tarixində qeydə alınıb, daha sonra bütün ölkəyə yayılıb.

Son statistik məlumatlara görə, İranda virusa yoluxanların sayı 154 min 445, ölənlərin sayı 7 min 878-dir.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info