Paşinyan Ermənistandan qaçacaq? – Erməni mediası

Paşinyan Ermənistandan qaçacaq? – Erməni mediası

Ermənistanın Baş naziri Nikol Paşinyan çətin vəziyyətdədir. Xüsusilə koronavirus epidemiyası ölkəni idarə edə bilməyəcəyini nümayiş etdirdi. Bu müddət ərzində Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyanla korrupsiya qalmaqalı ilə bağlı açıqlamalar verdi. Öz reytinqinin məhbusu olan Paşinyan üçün bunlar ölümcül zərbələr idi.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Politik.am portalı yazıb.

Mənbə bildirir ki, ətrafındakı mənfi atmosferi azaltmaq üçün Paşinyan yenidən ailəsi üzvlərini döyüşə hazırladı.

Bu dəfə baş nazirin həyat yoldaşı Anna Akopyan cəmiyyətdə təəssüf hissi oyatmağa çalışdı.

Sözügedən mənbəyə görə, o, köhnə mənzilinə qayıdacağını bildirdi. Üstəlik, bu açıqlama mənzilin satışa çıxarıldığından bir neçə həftə sonra verildi.

Mənzilin satılması ilə bağlı elanı ilk olaraq 22 apreldə məlumatı yayımlayan Hraparak.am saytı gördü. Bir müddət əvvəl Antifake.am elanın mayın 7-də yenidən nəşr olunduğunu, yəni hələ heç kimin mənzil almadığını və Paşinyan ailəsinin satmaq fikrindən əl çəkmədiyini öyrəndi.

Doğma yurdlarına qayıtmağı xəyal edirlərsə, onda niyə satırlar?

“Məlum olub ki, onlar bu mənzilə qayıtmayacaqlarına əmindirlər. Bu vəziyyətdə iki yol var: ya da əbədi hakimiyyətdə olacaqlarına və hökumət iqamətgahında daimi yaşayacaqlarına əmindirlər. Ya da hakimiyyətdən imtina etmək qərarına gəliblər. Belə olan halda onlar Ermənistanı tərk etməli və əllərində olan hər şeyi satmalıdırlar” deyə erməni portalı yekunlaşdırdı.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az