Paşinyana ad günündə virus hədiyyəsi: İlk arzu Putindən gəldi

Paşinyana ad günündə virus hədiyyəsi: İlk arzu Putindən gəldi

Rusiya Prezidenti Vladimir Putin koronavirusa yoluxan Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib.

Cebhe.info xəbər verir ki, ad günündə koronavirusa yoluxduğu xəbərini alan Paşinyana teziklə sağalmağı arzulayan Putin onu həm də ad günü münasibətilə təbrik edib.

Öz tərəfindən Paşinyan zəngə görə Putinə təşəkkür edib, həmçinin pandemiya ilə mübarizədə dəstəyinə görə Rusiyaya minnətdarlıq edib.

Xatırladaq ki, bu gün Paşinyan koronavirusa yoluxduğunu bildirib. Onun ailə üzvləri də virusa yoluxub və test nəticələri müsbət çıxıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info