Ermənistan MTX-nin sabiq direktoru: “Azərbaycan bu sahədə hiperaktiv fəaliyyət göstərib”

Ermənistan MTX-nin sabiq direktoru: “Azərbaycan bu sahədə hiperaktiv fəaliyyət göstərib”

Erməni siyasi xadim, fövqəladə və səlahiyyətli səfir, 1992-1995-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, 1994-1995-ci illərdə Ermənistanın xüsusi xidmət orqanlarının rəhbəri olmuş Davit Şahnazaryan bildirib ki, Avropa Parlamentinin strukturlarında bir çox qətnamələr və sənədlər qəbul olunub. Şahnazaryanın sözlərinə görə, bu qətnamə və sənədlərdə qeyd olunub ki, Rusiya Moldova, Ukrayna və Gürcüstan münaqişələrində tərəfdir.
“Avropa Parlamentinin qətnamə layihəsinə görə, “güc tətbiq edilməsi və təhdidin rədd edilməsi” və “dinc həll” prinsipləri Dağlıq Qarabağ münaqişəsinə şamil edilmir”, - deyə Şahnazaryan qeyd edib.
Erməni siyasi xadim vurğulayıb ki, Ermənistan Xarici İşlər Nazirliyi və parlament diplomatiyası bu istiqamətdə tamamilə heç nə etməyib, Azərbaycan isə hiperaktiv fəaliyyət göstərib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az