Rusiyadan ABŞ-dakı hadisələrə münasibət

Rusiyadan ABŞ-dakı hadisələrə münasibət

Rusiyanın ABŞ-da baş verən iğtişaşlarla əlaqəsi yoxdur.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, məsələ ilə bağlı iddia edilənlər əlbətdəki yanlışdır və həqiqəti əks etdirmir:

“Üstəlik bu fikirlər Vaşinqtonun rəsmi açıqlaması deyil. ABŞ-da baş verənləri diqqətlə izləyirik. Orada baş verən hər şey ABŞ-ın daxili işidir. Heç vaxt qarışmamışıq və indi də müdaxilə üçün hazırlıq aparmırıq”.

Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Susan Raiz “ABŞ-da baş verənlər Rusiya taktikasına bənzəyir” ifadəsini işlədib.

Mənbə: axar.az