İsrail silahlı qüvvələri daha 23 fələstinlini həbs etdi

İsrail silahlı qüvvələri daha 23 fələstinlini həbs etdi

İsrail silahlı qüvvələri bu gecə satlarında Qüds və Şeria rayonlarında əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, nəticədə 2 rayondan ümumilikdə 23 fələstinli saxlanılıb.

Xatırladaq ki, İsrail hərbçiləri zaman-zaman müxtəlif bəhanələrlə Qüds və ətraf rayonlarda əməliyyatlar aparır, yerli əhali arasında vahimə yaratmaq üçün davamlı həbslər həyata keçirirlər.

Surxay

KONKRET.az

Mənbə: konkret.az