"Pandemiya ölkəyə hər gün milyonlarla manat ziyan vurur"-Deputat

"Pandemiya ölkəyə hər gün milyonlarla manat ziyan vurur"-Deputat

Xəbər verdiyimiz kimi artıq 6 aydır ki, dünyada koronavirus pandemiyası davam edir. Xəstəliyə 6 milyon insan yoluxub və yoluxma ölüm halları sürətlə artmaqdadır. Lakin xəstəliklə bağlı ortaya çıxan ən geniş yayılmış ehtimallardan biri pandemiyanın dünyanı dəyişəcəyi ilə bağlı idi. Bir çox mütəxəssislər pandemiya sonrası dünyada sosial, siyasi, məişət və digər sahələrdə ciddi dəyişikliklərin olacağını iddia edir.

Əsasən iqtisadiyyat sahəsinə zərərli təsiri ilə yadda qalan pandemiya dünyada digər sferaların da donmasına gətirib çıxarıb. İnsanların psixologiyasına əkilən şübhələr isə inanılmaz təsir yaratmaqdadır. Maraqlıdır, koronavirus sosial arenada həm dünya, həm Azərbaycanda daha hansı izlər buraxmaqdadır?

Bununla bağlı Sonxeber.az-a millət vəkili Aydın Mirzəzadə danışıb:

"Bildirim ki, koronavirus pandemiyası bəşər tarixində ilk dəfədir ki, bütün planeti əhatə edir. Əvvəllər ayrı-ayrı xəstəliklər, ayrı- yrı bölgələri, insan qruplarını özündə əhatə edirdi. COVİD- 19 isə spesifik xəstəlikdir və əlamətləri zahiri cəhətdən elə də görünmür. Bir koronaviruslu xəstə adam gün ərzində 700 nəfəri yoluxdura bilir. Belə xəstə adamın tibbi maska taxmayan adamın yanından keçməsi kifayətdir ki, həmin insan xəstəliyə düçar olsun. Buna görə də bəşəriyyət xəstəliyin hər gün yeni mübarizə yollarını öyrənir, müalicə metodlarına yiyələnir. Mümkün olan bütün yollar Azərbaycanda xəstəliklə mübarizə üçün səfərbər edilib. Eyni zamanda insanların özünü təcrid işi aparılaraq onların əmək haqları dövlət tərəfindən ödənildi və ödənilməkdə davam edilir. Bu addımlar insanların xəstələnməsinin qarşısını aldı. Düzdür, pandemiya ən çox iqtisadiyyata ziyan vurdu. Deyilənə görə hər gün ölkəyə təxminən 150 milyon manatlıq zərər dəyir.
Çox təəssüf ki, bir qism insan ölkəmizdə tibbi qaydalara riayiət etmir, məsafə gözləmir, tibbi maska istifadə etmir. Bircə nəfər şəxsin xəstə olması kifyətdir ki, o dövlətin gördüyü bütün işlərin üzərinə kölgə salsın".

Millət vəkili qeyd edib ki, pandemiya ilk növbədə insan faktoruna təsir edib. Bunların arasında həyatlarında ölüm riski ilə üzbəüz qalan yaşlı nəslin nümayəndələrini göstərmək olar:

"Pandemiya olk növbədə insan faktoruna təsir etdi. Yəni prinsipcə götürsək, koronavirusdan 60-70 yaş arası şəxslər dünyasını dəyişirlər. Hamının sözügedən məsələyə anlamla yanaşması lazımdır. Bu gün Milli Məclisin tibbi maska taxmamağa görə cərimələrin müəyyənləşdirilməsi onu göstərir ki, dövlət artıq belə sərt bir addıma keçməyə məcburdur. Hesab edirəm ki, mümkün olan hər bir iş görülür. Hələ də xəstələnənlərin sayı yüksəkdir. Ümid edirəm ki, hər birimiz dövlətin apardığı siyasətə dəstək olaraq pandemiyanın qısa zamanda Azərbaycandan silinməsinə nail olacağıq".

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az